Gira şirkəti

1905-ci ildə yaradılmış Gira şirkəti elektrotexnika sənayesinin premium istehsalçılarındandır. Yüksək dizayn keyfiyyəti ilə birləşmiş gələcəyə yönəlmiş texnika və çevik həllər - Giranın intellektual bina texnologiyası bunun üçündür: işığın avtomatik idarə olunması, vaxtdan asılı olan temperatur tənzimləyicisi, rahat domofon sistemləri, təhlükəsizlik sistemlərinin inteqrasiyası və daha artıq rahatlıq, təhlükəsizlik və qənaət üçün çox sayda digər funksiyalar.

Radevormwaldda 1200-ə yaxın işçi elektrik açarı və rozetka, eləcə də intellektual bina texnologiyası üçün sistem koponentləri, misal üçün KNX/EİB sistemi üçün cihazlar istehsal edir. Gira dizayn platformaları üzrindən yeni texnologiyalar daim artır və Gira elektrik açarı sisteminin tərkib hissəsinə çevrilir. Buraya kommunikasiya qoşulmaları və suvaqaltı radio, eləcə də Giranın domofon sistemi və 834 çağrı sistemi də daxildir

Xəstəxanalar, qocalar evi və həkim kabinetləri üçün plus. Giranın bütün bina texnologiyası iPhone, iPod Touch və iPad vastəsilə mobil idarə edilə bilir. Memarlar arasında Gira adı yüksək innovasiya gücü, məhsul keyfiyyəti və dəfələrlə mükafatlandırılmış dizaynı əks etdirir. Beləliklə, Gira məhsulları dəfələrlə iF məhsul dizaynı mükafatı, qırmızı nöqtə dizayn mükafatı, Plus X mükafatı, eləcə də Dizayn Plus mükafatı ilə təltif edilmişdir.

Elektrik açarı istehsalçısından sistem provayderinə

Almaniyanın ailə şirkəti olan Giranın kökləri 1903-cü ilə gedib çıxır. Richard Giersiepen o vaxt yayılmış tumblerli elektrik açarının daha inkişaf etmiş formasını hazırladı və onun patentini almaq üçün müraciət etdi. İki il sonra o, qardaşı Gustav ilə birlikdə öz kəşfini və ev üçün digər quraşdırmaların bazara çıxarılması üçün bir fabrik yaratdı.

Beləliklə Giersiepen qardaşları 1905-ci ildə 100 ildən artıq davam edən uğurlu ailə tarixinin təməl daşını qoydular və davalı inkişaf nəticəsində elektrik açarı istehsalçısından intellektual bina texnologiyası üçün sistem provayderinə çevrildilər. Bu gün Gira ailənin dördüncü nəslinin nümayəndələri tərəfindən idarə olunur.
Şirkət tarixi

Keyfiyyət və innovasiya

Ən başlangıcdan Gira yalnız material və emal baxımından deyil, ümumi keyfiyyətə önəm verir. İlk dəfə patent alındığında olduğu kimi bu gün də optimizasiya və inkişaf etdirmə ümumi məhsul assortimentində mərkəzi rol oynayır. Bu, özünü bir əsrdən bəri Giranın bina texnologiyası bazarına çıxardığı çoxsaylı innovasiyalarda göstərir. 1960-cı ildə Gustav Giersiepenin nəvələri elektrik açarları, düymələr və qapaqlar üçün modul sistemi ilə bu sahədə inqilab etdilər.

1990-cı illərdə Gira hələ çox gənc olan intellektual bina idarəetməsi sahəsini mənimsəyir və 2008-ci ildən yeni mərhələyə qədə qoyur: Gira interfeysi vasitəsilə Gira Control Clients, iPhone, iPad, iPod touch və kompüter kimi müxtəlif istismar cihazları üçün optimallaşdırılmış Gira HomeServer üçün intuisiyalı istismar müstəvisi, intellektual ev üçün bort kompüteri təqdim olundu. Bir il sonra Gira mənzil texnologiyası sahəsində ən innovativ marka olaraq məşhur Plus X mükafatını aldı.

Mükafatlandırılmış dizayn

Keyfiyyət və funksiyaya yüksək tələblə yanaşı dizayn mövzusu da Girada uzunmüddətli ənənədir. S-color seriyasının elektrik açarı proqramı ilə Gira 1980-ci illərin ortalarında ilk istehsalçılardan biri olaraq müxtəlif rəngli çərçivə variantlarını satışa buraxdı. Onlar dəfələrlə dizayn mükafatları ilə təltif olunub və bu gün də çeşidin sabit bir tərkib hissəsidir. Bundan sonra buraxılan elektrik açarı proqramları da müntəzəm olaraq qırmızı nöqtə dizayn mükafatı və iF Məhsul Dizaynı mükafatı kimi beynəlxalq dizayn müsabiqələrində mükafatlar alıblar.

Lakin Giranın dizayn konsepsiyasını sadəcə material, rəng və formanın ahəngi təşkil etmir. Domofon cihazları, audio-sistemlər və intellektual bina idarəetməsinə aid komponentlər kimi innovativ funksiyaların Gira elektrik açarı proqramına birbaşa birləşdirilməsi ilə Gira ümumilikdə məhsul dizaynına yeni miqyas verir.

Sosial media: Gira Web-şəbəkəyə gedən yolda

Gira icmasını Facebook& Co.-da izləyin, şirkət və Gira məhsulları barədə ən aktual mövzular, sərgilər və tədbirlər barədə məlumat alın. Sadəcə platformanızı seçin: Gira diqqəti özünə cəlb etmək üçün hal-hazırda 1 milyard nəfəri birləşdirən Facebook icmasının bir hissəsidir. Twitter vasitəsilə gündəlik xəbərlər, məlumatlar və vakansiyalar yayımlanır. Google+ vasitəsilə də ən yeni məhsullar, şirkət və sahə barədə məlumatlar əldə etmək olar. Və

Gira işəgötürən şirkət kimi həmçinin Xing və LinkedIn şəbəkələrində iş yeri təklifləri ilə təmsil olunur. Bundan əlavə, YouTube məhsullar barədə filmlər və reklam çarxları üçün kanal kimi istifadə edilir.

Gira Facebook-da
Gira Twitter-də
Gira Google+ da
Gira Youtube-da

Şirkət

TOP