Yüksək toxunma müdafiəsinə ("uşaqların müdafiəsi") malik elektrik yuvalarının istismardan çıxarılması

Şəkil: Uşaqların müdafiəsi simvolu ilə tanınan
yüksək toxunma müdafiəsinə malik ("uşaqların müdafiəsi") Gira elektrik yuvalarının nümunəsi

Bizim sınaq laboratoriyamız müəyyən etmişdir ki, 09.12.2014-26.01.2016-cı il tarixləri arasında müxtəlif böyük topdansatış müəssisələri tərəfindən satılan yüksək toxunma müdafiəsinə malik ("uşaqların müdafiəsi") Gira elektrik yuvası qapaqlarında nöqsanlar meydana çıxa bilər. Cari yoxlamalar nəticəsində aşkar edilmişdir ki, elektrik yuvasının qapağındakı yüksək toxunma müdafiəsini ("uşaqların müdafiəsi") mümkün edən mexanizm - "avtomatik sürgü" - lazım gəldiyi kimi öz-özünə bağlanmaya bilər. Bu səhv ona səbəb ola bilər ki, elektrik yuvası ilə düzgün davranmadıqda - yüksək toxunma müdafiəsi olmayan hər hansı bir adi elektrik yuvasında olduğu kimi - əhəmiyyətli, hətta həyati təhlükəli zədələnmələr yaradan cərəyan vurması baş verər.

Qapaqlar dəyişənə kimi evinizdə, yaxud idarədə təhlükə altında olan insanların, xüsusən də uşaqların həmin elektrik yuvalarına cərəyan ötürücülərini daxil etməmısinə diqqət edin.

Gira üçün təhlükəsizlik ən yüksək prioritetdir. Buna görə də, biz 09.12.2014-26.01.2016-cı il tarixləri arasında satılmış bütün yüksək toxunma müdafiəsinə ("uşaqların müdafiəsi") malik elektrik yuvası qapaqlarını istismardan çıxarırıq.

Müştərilərə müraciət:
Əgər yuxarıda göstərilən müddət ərzində müvafiq məhsullardan almısınızsa, yaxud sizin evinizdə onlardan quraşdırılıbsa, dərhal elektrik quraşdırıcısı və ya elektrik malları mağazası ilə əlaqə saxlayın. Elektrik quraşdırıcısı sizdəki qapağın nöqsanlı olub-olmaması barədə məlumat verəcək. O, Sizə yardım edərək yoxlama apardıqdan sonra müvafiq nöqsanlı qapaqları əlavə ödənişsiz yeni, tam yararlı qapaqlarla dəyişə bilər.

Zəhmət olmasa, heç bir halda elektrik yuvalarının qapaqlarını özünüz dəyişməyə cəhd etməyin!

Biz aydınlıq gətirmək istəyirik ki: elektrik yuvalarının özü deyil, yalnız qapaqlardakı "avtomatik sürgü" nöqsanlıdır. Bu o deməkdir ki: Elektrik yuvalarında cərəyan keçiriciliyi ilə bağlı heç bir problem yoxdur. Elektrik yuvaları tamamilə yararlıdır və düzgün istifadə zamanı hər hansı bir ümumi istifadə məqsədli normal müdafiəli elektrik yuvası kimi çalışır. Onlar bu cür istifadə oluna bilərlər. Yalnız yüksək toxunma müdafiəsi ("uşaqların müdafiəsi") mümkün olmayacaq.

Yüksək toxunma müdafiəsinə ("uşaqların müdafiəsi") malik hansı elektrik yuvaları nöqsanlıdır?

Yalnız 09.12.2014 - 26.01.2016-cı il tarixlərində müxtəlif elektrik mallarının topdansatış müəssisələri tərəfindən satılmış yüksək toxunma müdafiəsinə ("uşaqların müdaiəsi") malik elektrik yuvalarında nöqsanlar ola bilər. Həmin müddət ərzində hansı məhsullarda qüsur ola bilmə ehtimalı aşağıda yükləyə biləcəyiniz siyahılarda verilmişdir.

Məhsulların siyahısını yükləmək (PDF)
Məhsulların siyahısını yükləmək (Excel)

Şəkilləri yükləmək

İxtisaslaşmış elektrik malları mağazaları və topdansatış müəssisələri üçün prosedur göstərişləri

Yüksək toxunma müdafiəsinə ("uşaqların müdafiəsi") malik elektrik yuvalarının istismardan çıxarılmasına dair ixtisaslaşmış elektrik malları mağazaları və topdansatış müəssisələrinin nəzərə almalı olduğu prosedur göstərişləri buradan yüklənə bilər.

Elektrik mallarının topdansatış müəssisələri üçün yükləmə
Elektrik malları mağazaları üçün yükləmə

Press-relizlər və təhlükəsizlik göstərişləri

Buradan mətbuatdakı məlumatları və mühüm təhlükəsizlik göstərişlərini yükləyə bilərsiniz.

Mətbuatdakı məlumatları yükləmək
Təhlükəsizlik gösətrişlərini yükləmək

Elektrik mallarının topdansatış müəssisələri və elektrik malları mağazaları üçün əvəzləmə blankı və dəyişmə protokolu

Elektrik mallarının topdansatış müəssisələri və elektrik malları mağazaları üçün əvəzləmə blankı və dəyişmə protokolunu buradan yükləyə bilərsiniz.

Əvəzləmə blankı*
Dəyişmə protokolu

*Əvəzləmə blankını yükləmək üçün brauzeriniz üçün Adobe Reader proqramına ehtiyacınız var. Onu aşağıdakı linkdən yükləyə bilərsiniz: https://get.adobe.com/de/reader/

Əlaqə

Qeyd: 15 mart 2017-ci il tarixindən etibarən Əlaqə vasitələrində aşağıdakı dəyişikliklər tətbiq olunur.

Əlaqədar suallarınız ilə bağlı Gira-nın Qaynar Xətti vasitəsilə (bazar ertəsindən cümə gününədək (daxil olmaqla), saat 08:00-dan 17:00-dək) əlaqə saxlaya bilərsiniz.

Tel +49-2195-602-721
E-poçt: support@smartech.az

 

Bu ehtiyat tədbirini anlayışla qarşılamağınızı xahiş edirik!
Gira Giersiepen GmbH & Co. KG

Tez-tez verilən suallar və onların cavabları

Yüksək toxunma müdafiəsinə ("uşaqların
müdafiəsi") malik Gira elektrik yuvasını necə
tanıya bilərəm?

Giranın yüksək toxunma müdafiəsinə ("uşaqların müdafiəsi") malik elektrik yuvası uşaqları müdafiəsi simvolu ilə tanınır (yuxarıdakı şəklə bax).

Geri qaytarma prosesi necə gedir?

Əgər yuxarıda göstərilən müddət ərzində müvafiq məhsullardan almısınızsa, yaxud sizin evinizdə onlardan quraşdırılıbsa, dərhal elektrik quraşdırıcısı və ya elektrik malları mağazası ilə əlaqə saxlayın. Elektrik quraşdırıcısı sizdəki qapağın nöqsanlı olub-olmaması barədə məlumat verəcək. O, Sizə yardım edərək, yoxlama apardıqdan sonra müvafiq nöqsanlı qapaqları əlavə ödənişsiz yeni, tam yararlı qapaqlarla dəyişə bilər.

Məndə Giranın elektrik yuvaları var. Məndə olan
elektrik yuvalarının nöqsanlı olub-olmamasını necə
bilə bilərəm?

Əgər 09.12.2014 - 26.01.2016-cı il tarixlərində yüksək toxunma müdafiəsinə malik ("uşaqların müdafiəsi") elektrik yuvaları almısınızsa, yaxud onlardan sizin evinizdə quraşdırılıbsa, Siz də potensial zərərçəkmiş hesab edilirsiniz. Zəhmət olmasa, bu halda öz elektrik quraşdırıcınıza müraciət edin. O, Sizə yardım edərək müvafiq yoxlama apardıiqdan sonra, iqapağın nöiqsanlı olub-olmadığını sizə deyə bilər. Bu ən yaxşı, tez və təhlükəsiz yoldur!

Elektrik yuvasından istifadə etdiyim zaman məni
təhlükə gözləyirmi? Elektrik yuvalarından istifadə
artıq əvvəlki kimi təhlükəsiz deyil?

Elektrik yuvalarının özü deyil, yalnız qapaqlarda yüksək toxunma müdafiəsini mümkün edən mexanizm - "avtomatik sürgü" nöqsanlıdır. Bu mexanizm lazım gəldiyi kimi öz-özünə bağlanmaya bilər. Bu o deməkdir ki: Yalnız elektrik yuvası ilə düzgün davranmadıqda - ötürücü materiallar daxil edildikdə - yüksək toxunma müdafiəsi olmayan hər hansı bir adi elektrik yuvasında olduğu kimi cərəyan vurması baş verə bilər. Elektrik yuvaları tamamilə yararlıdır və düzgün istifadə zamanı hər hansı bir ümumi istifadə məqsədli normal müdafiəli elektrik yuvası kimi çalışır. Onlar bu cür istifadə oluna bilərlər. Yalnız yüksək toxunma müdafiəsi ("uşaqların müdafiəsi") mümkün olmayacaq.

Evdə uşaqlarım var. Onları mümkün təhlükələrdən
necə qoruya bilərəm?

Yoxlama aparılana və lazım gələrsə qapaqlar dəyişənə kimi evinizdə, yaxud idarədə təhlükə altında olan insanların, xüsusən də uşaqların həmin elektrik yuvalarına cərəyan ötürücülərini daxil etməmısinə diqqət edin.

Cərəyan vurmasından, yaxud evdəki elektrik
xəttlərinin zədələnməsi təhlükəsi varmı?

Elektrik yuvalarında cərəyan keçiriciliyi ilə bağlı heç bir problem yoxdur. Elektrik yuvaları tamamilə yararlıdır və düzgün istifadə zamanı hər hansı bir ümumi istifadə məqsədli normal müdafiəli elektrik yuvası kimi çalışır. Onlar bu cür istifadə oluna bilərlər. Yalnız yüksək toxunma müdafiəsi ("uşaqların müdafiəsi") mümkün olmayacaq. Evdəki elektrik xəttlərinin zədələnməsi ilə bağlı narahat olmaya bilərsiniz.

Elektrik yuvasını özüm dəyişə bilərərmmi?
Əgər dəyişə bilərəmsə, onu haraya göndərməliyəm?
Əvəzedici qapağı haradan ala bilərəm?

Heç bir halda elektrik yuvalarının qapaqlarını özünüz dəyişməyə cəhd etməyin! Zəhmət olmasa, elektrik quraşdırıcınıza müraciət edin. O, yoxlama apara və lazım gələrsə, qapağı dəyişə, eləcə də Sizə peşəkar məsləhətlər verə bilər.

Dəyişməni özüm ödəməliyəm?
Elektrik ustasını kim sifariş edir?
Tanıdığım elektrik quraşdırıcısını tapa bilmirəmsə,
nə etməliyəm?

Siz yalnız elektrik yuvasını quraşdıran quraşdırıcıya müraciət etməlisiniz. İstismardan çıxarılmış yüksək toxunma müdafiəsinə malik ("uşaqların müdafiəsi") qapaqların yoxlanması, lazım gələrsə dəyişdirilməsi zamanı siz heç bir ödəniş ödəmirsiniz. Yoxlama və zəruri hallarda dəyişmə ixtisaslı elektrik malları mağazası tərəfindən həyata keçirilməlidir. Zəruri və əsaslandırılmış xərclər meydana gəldikdə, onlar elektrik malları mağazası ilə Gira arasında həll olunacaq.

Bütün elektrik yuvası, yoxsa yalnız qapaq
dəyişilməlidir?
Elektrik yuvalarının dəyişdirilməsi nə qədər
müddət davam edir?

Nöqsan dedikdə, qapağın bir elementinin qüsurundan söhbət getdiyi üçün, yalnız elektrik quraşdırıcısı tərəfindən yoxlama həyata keçirildikdən sonra qapağın dəyişdirilməsi mümkündür. Yoxlamanın həyata keçirilməsi və lazım gələrsə, qapağın dəyişdirilməsi üçün zəhmət olmasa, elektrik malları mağazasına müraciət edin. Onlar sizin üçün vaxt təyin edəcəklər.

Məhsulun problemi konkret olaraq nədən
ibarətdir?
Nöqsanın səbəbi artıq bəllidirmi?
Bu səhv yenidən təkrar oluna bilərmi?

Gira müəyyən etmişdir ki, yüksək toxunma müdafiəsinə ("uşaqların müdafiəsi") malik bəzi elektrik yuvası qapaqları nöqsanlı ola bilər. Cari yoxlamalar nəticəsində aşkar edilmişdir ki, elektrik yuvasının qapağındakı yüksək toxunma müdafiəsini ("uşaqların müdafiəsi") mümkün edən mexanizm - "avtomatik sürgü" - lazım gəldiyi kimi öz-özünə bağlanmaya bilər. Bu o deməkdir ki: Cərəyan ötürücüləri elektrik yuvasına daxil edildikdə, yüksək toxunma müdafiəsi təmin olunmur. Bu halda - yüksək toxunma müdafisəi olmayan adi elektrik yuvalarında olduğu kimi - cərəyan vurması baş verə bilər. Bu cür mümkün təhlükələrin istisna edilməsi üçün Gira ehtiyat tədbiri olaraq məhsulu istismardan çıxarmaq qərarına gəlib. Çünki təhlükəsizlik Gira üçün ən yüksək prioritetdir.
İstismardan çıxarılan elektrik yuvası qapaqlarının yoxlanması və toxunma müdafiəsinə malik yeni, qüsursuz qapaqlarla əvəzlənməsi həyata keçirilir. Sonradan yoxlamalar bu səbəbdən zəruri deyil.

Bağça yaşlı uşaqlarım çox vaxt öz yaşıdları ilə
bizim evdə oynayırlar.
Nöqsanlı elektrik yuvası nəticəsində nə isə baş
verərsə, məsuliyyəti kim daşıyır?

Uşaqları 09.12.2014-cü ildən 26.01.2016-cı ilədək olan müddətdə alınmış elektrik yuvalarından uzaq tutun. Elektrik quraşdırıcınıza müraciət edin. O, qapaqların istismardan çıxarılmalı olub-olmadığını yoxlaya bilər. Yoxlamadan və lazım gələrsə, qapaqların dəyişilməsindən sonra müvafiq elektrik yuvaları yenidən tam funksional toxunma müdafiəsinə malik olacaqlar.

İstismardan çıxarılma ilə əlaqədar yoxlama və dəyişmə prosesindən bilərəkdən imtina etsəniz, nöqsan nəticəsində (yüksək toxunma müdafiəsinin işləməməsi) hər hansı bir ziyan dəydiyi təqdirdə iddialarınız əsassız hesab oluna bilər. Dəymiş ziyana görə özünüzün məsuliyyət daşımanız mümkündür.

Xidmət

TOP