Gira dizayn tərtibatçısının köməyilə Gira elektrik açarı proqramı üçün müxtəlif funksiyalara malik çox sayda çərçivə proqramları Gira çeşidlərindən seçilib uyğunlaşdırıla bilər. 10 elektrik açarı proqramı, 50-dən artıq çərçivə variantı və müxtəlif rəng və materiallardan ibarət çox sayda istifadə üsulları seçim üçün sərəncamınıza verilir.Elektrik açarları və şəbəkələrlə yanaşı həmçinin Gira sensor ötürücü3 və ya Gira mənzil stansiyası Video AP kimi intellektual funksiyalar da tətbiq edilə bilər. 

Gira dizayn tərtibatçısı onlayn açılaraq ödənişsiz App şəklində iPhone və iPad-lərə yüklənə bilər. Başqa əməliyyat sisteminə malik smartfon və tabletlər üçün optimallaşdırılmış Web-təqdimatlar mövcuddur.
Ətraflı

Gira Standard 55 baza quraşdırmaları üçün yüksək keyfiyyətli geniş çeşid təklif edir. O, rahat, təhlükəsiz və qənaətli elektrik quraşdırmaları üçün 300-dən artıq funksiyanı əhatə edir
üç müxtəlif rəng.
Ətraflı

Gira E2 elektrik açarı proqramı çox sadə bir dizaynı funksional material və intellektual texnika ilə kombinə edir: O, dörd rəngdə təqdim edilir.
Ətraflı

Rəng çeşidi və təkrarolunmaz dairəvi çərçivə forması Gira Event elektrik açarı proqramının dəqiq əlamətləridir. Yaşıl, badımcan rəngi, kəhrəba və ya göy rəng
qeyri-adi interyer dizaynı konsepsiyaları yaratmağa imkan verir.
Ətraflı

Gira Esprit elektrik açarı proqramı qeyri-adi material çeşidi təklif edir. Çərçivələrin aydın forması taxtadan, parlaq şüşədən olan seçilmiş səthlərlə
müxtəlif alüminium variantlarla və ya parıldayan qızılı, o cümlədən xromla cilalanmış metalla birləşir.
Ətraflı

Mükəmməl səthlər və ahəngdar yuvarlaqlaşdırılmış künclər Gira ClassiX elektrik açarı proqramını klassik interyerlər və eksklüziv dizayna malik müasir daxili mühit üçün yeni meyarlar təqdim edir.
Əlavə                                                                                      
Gira ClassX üçün mikro sayt

Gira E22 elektrik açarı ənənəvi suvaqaltı quraşdırma ilə yanaşı çərçivələrin divar səthindən 3 mm çıxıntı ilə quraşdırılmasını da təklif edir. Gira E22 üç material halında mövcuddur - paslanmaz polad, alüminium və termoplast.
Ətraflı

Gira müstəvişəkilli elektrik açarı hamar və daimi incəliyi gözəçarpan ölçü ilə birləşdirir. Çərçivələr beş müxtəlif dizayn variantında təqdim olunur. Klassik Dümağ rənglə
və parlaq krem rəngi ilə yanaşı xrom, bürünc və platin rəngləri yüksək tələblərə malik memarlıq konsepsiyaları üçün əlavə bəzək imkanları verir.
Ətraflı

Gira Paslanmayan Polad - iki seriyada təqdim edilən gözəl bir elektrik açarı proqramıdır: seriya 20 və seriya 21. Hər ikisi paslanmayan poladdan hazırlanıb və donuq ipək parlaqlığı olan səthə malikdir. Bu çeşid müasir bina menecmenti üçün gərəkli olan bütün mühüm funksiyaları təklif edir.
Ətraflı

Gira TX_44 bina xaricində, yaxud rütubətli otaqlarda quraşdırmaq üçün ideal proqram olsa da, qapalı interyerdə də eyni uğurla istifadə olunur.
Ətraflı

Gira S-Color Giraya məxsus klassik dizayndır və dairəvi formalı çıxış və ötürücüsü ilə fərqlənir. Çərçivə variantları və ötürücünün bütün işlənmə variantları beş rəngdə, daha dəqiq desək dümağ, boz, qara, mavi və qırmızı rənglərdə mövcuddur.
Ətraflı

Yüksək texniki keyfiyyətlərilə yanaşı Gira məhsulun dizaynına da önəm verir. Firmadaxili və digər dizaynerlərdən ibarət komandanın intensiv əməkdaşlığı sayəsində daim qeyri-adi və aydın dizaynı ilə seçilən məhsullar ərsəyə gəlir.
Ətraflı

Elektrik açarı proqramları

TOP