Light+Building 2016 sərgisi barədə Gira yenilikləri

Gira öz məhsul proqramını daim inkişaf etdirir və intellektual bina texnologiyası üçün çox sayda yeniliklər təqdim edir. Bunlardan ən mühümlərini biz 13-18 mart 2016-cı il tarixlərində Frankfurt am Mainda keçirilən Light+Building sərgisində təqdim edirik: binanın idarə edilməsi üçün multi-istedadlı Gira G1-dən KNX üçün müxtəlif yeni məhsullara kimi və daha artıq.

Ətraflı

Yüksək toxunma müdafiəsinə ("uşaqların müdafiəsi") malik elektrik yuvalarının istismardan çıxarılması

Cari yoxlamalar nəticəsində aşkar edilmişdir ki, elektrik yuvasının qapağındakı yüksək toxunma müdafiəsini ("uşaqların müdafiəsi") mümkün edən mexanizm - "avtomatik sürgü" - lazım gəldiyi kimi öz-özünə bağlanmaya bilər. İstehlakçıların təhlükəsizliyini təmin etmək üçün Gİra adı çəkilən yüksək toxunma müdafiəsinə malik elektrik yuvası qapaqlarının sistematik olaraq istismardan çıxarılmasını həyata keçirir.

Bu məlumat həmçinin Azərbaycan dilində mövcuddur

Данную информацию можно также читать на русском языке

Gira KNX sistemi bina texnologiyalarının şəbəkləşməsi və idarə olunması üçün intellektual bir həlldir.

Cihaz və funksiyaların KNX standartına müvafiq məqsədli birləşdirilməsi yaşayışı və işi rahat və təhlükəsiz etməklə yanaşı, enerjiyə və xərclərə də qənaət edir.
Bina texnologiyası

Gira dizayn tərtibatçısı ilə elektrik açarı proqramlarının fərqli çərçivə variantlarını tamamilə öz arzunuza uyğun olaraq Gira çeşidlərindən müxtəlif funksiyalarla kombinasiya edə bilərsiniz. 10 elektrik açarı proqramı, 50-dən artıq çərçivə variantı və müxtəlif rəng və materiallarda çox sayda tətbiqlər seçiminizə verilir. Elektrik açarları və şəbəkələrlə yanaşı Gira sensor ötürücü  3 və Gira mənzil stansiyası video AP kimi intellektual funksiyalar da tətbiq edilə bilər.

Gira dizayn tərtibatçısı onlayn istifadə edilə və iPhone, iPad üçün ödənişsiz tətbiqetmə şəklində əldə edilə bilər. Başqa əməliyyat sisteminə malik smartfon və tabletlər üçün optimallaşdırılmış Web-təqdietmələr mövcuddur.
Elektrik açarı proqramları

Gira domofon sistemlərinin konsepsiyasında texnika ilə rəftar çox sadədir. Təmir zamanı kabel sərfiyyatı olmadan quraşdırma və ya mənzil sakinlərinin iştirakı olmadan sistemin konfiqurasiyası 2-kabelli şinlə qoşulma texnikası və bir nəfərlə işəsalma konsepsiyası vasitəsilə mümkündür. Gira domofon sistemi ilə həmçinin video funksionallıq sahəsində 28-dək mənzildən ibarət olan obyektlər həyata keçirilir.

Buna görə də Gira domofon sistemi elektrik açarı proqramları dünyasına inteqrasiya edilib. Gira mənzil stansiyalarının bir sıra dizayn variantları mövcuddur, müxtəlif rənglər müxtəlif çərçivə variantları ilə birləşdirilə bilər.
Domofon sistemi

Şirkət

Gira 1905-ci ildə yaradılıb və bu gün təxminən 1100 işçisi və 38-dən çox ölkədə fəaliyyət göstərən nümayəndəlikləri ilə Almaniyanın elektrik sənayesi sahəsində aparıcı müəssisələrindəndir.

Gira barədə daha ətraflı

Azərbaycan nümayəndəliyi

Əlaqə bölməsinə keç

Onlayn kataloq

Kataloqa keç

Yükləmələr

İstifadə üzrə təlimat, əl kitabçası, broşuralar və s: Yükləmə sahəsində bütün mühüm informasiya materialları PDF formatında yüklənə bilər.

Bütün yükləmələr

Qəzet

Əgər Siz avtomatik olaraq Gira yenilikləri barədə məlumat almaq istəyirsinizsə, Gira rəsmi saytı vasitəsilə ödənişsiz abunə ala bilərsiniz. O zaman Siz üç aydan bir müntəzəm olaraq bizim qəzetimizi alacaqsınız.

İndi abunə ol

TOP