Məlumat mühafizəsi üzrə göstərişlər

Sizin şəxsi sferanızın və eləcə də bununla birgə şəxsi bilgilərinizin internet təqdimat zamanı qorunması Gira üçün çox önəmə malikdir. Buna görə də növbəti mərhələlərdə Sizin şəxsi məlumatlarınızla necə rəftar edəcəyimizi anladacağıq.

  1. İstifadəçi Giranın səhifəsinə hər girişində və hər dəfə hansısa bir faylı açdıqda, bu haqda məlumatlar protokolda qeyd olunaraq yaddaşa veriləcək. Yadda saxlama müstəsna olaraq daxili sistemə aid və statistik məqsədlərə xidmət edir. Xüsusilə hər sorğu vasitəsilə aşağıdakı məlumatlar yaddaşa verilir:
    - sorğu edilən faylın adı
    - sorğunun tarixi və saatı
    - ötürülən məlumatların həcmi
    - sorğunun uğurlu olub-olmaması barədə bildiriş
    - istifadə olunan brauzer növünün təsviri
    - anonim formada tələb olunan IP ünvanı
    (IP ünvanı son səkkizliyin silinməsi, yaxud təsadüfi qiymətlərlə əvəz edilməsi vasitəsilə anonimləşdirilir).

  2. Bu veb səhifəsi Google Inc. şirkətinin veb-analiz xidməti olan Google Analytics-dən istifadə edir. („Google“). Google analitikləri kompüterdə saxlanan, „Cookies“ adlanan mətn fayllarından istifadə edirlər ki, onların sayəsində saytdan istifadənin təhlili mümkün olur. Cookie vasitəsilə bu internet saytından istifadə haqqında yaranan məlumatlar bir qayda olaraq ABŞ-da Google-in serverinə ötürülür və oarada saxlanır. Bu saytda İP anonimləşdirilməsi vasitəsilə Sizin İP ünvanınız Google tərəfindən AB üzv dövltləri və ya Avropa İqtisadi məkanı barədə sazişin üzvü olan dövlətlər daxilində qısaldılır. Yalnız istisna hallarda tam İP ünvanı Google-in ABŞ-dakı serverinə ötürülür və orada ixtisar edilir. Bu saytın sahibinin tapşırığı ilə Google saytdan Sizin istifadənizi qiymətləndirmək, saytın fəaliyyəti barədə raportlar tərtib etmək, internet səhifəsindən istifadə ilə bağlı xidmətləri saytın sahibinə təqdim etmək üçün istifadə edə bilər. Google analitikləri çərçivəsində Sizin brauzer tərəfindən ötürülən İP ünvan digər Google faylları ilə qarışmır. Siz brauzerinizin proqram təminatınn müvafiq xüsusiyyətlərinin köməyi ilə Cookies yadda saxlanmasına mane ola bilərsiniz. Amma bu zaman həmin saytın bütün funksiyalarından tam istifadə edə bilməyəcəyinizi nəzərinizə çatdırmağı özümüzə borc bilirik. Siz bundan əlavə, aşağıda verilmiş linkə daxil olaraq brauzer-plugin yükləyə və beləliklə də, Cookie fayllar tərəfindən yaranan və Sizin saytdan istifadənizə aid olan (Sizin İP ünvanınız da daxil olmaqla) məlumatların Google tərəfindən istifadəsinə mane ola bilərsiniz:http://tools.google.com/dlpage/gaoptout?hl=de.

    Bu sayt Google İnc. şirkətinin yöndəyişdirici texnologiyalarından istifadə edir. Biz internet təklifini Sizin üçün daha maraqlı etmək üçün bu texnologiyalardan istifadə edirik. Bu texnika bizim məhsullara maraq göstərən internet istifadəçilərinə Google ekran şəbəkəsinin internet saytından reklamlarla müraciət etməyə imkan verir. Biz əminik ki, fərdiləşdirilmiş, marağa uyğun reklamların verilməsi bir qayda olaraq internet istifadəçiləri üçün heç bir fərdi aidiyyatı olmayan reklamdan daha maraqlıdır. Bu cür reklamların Google ekran şəbəkəsinin səhifələrində yerləşdirilməsi cookie texnologiyası və əvvəlki istifadə məlumatlarının təhlili əsasında baş verir. Bu reklam forması tamamilə məxfi baş verir. Şəxsə aid olan heç bir məlumat yaddaşda saxlanmır və istifadəçi profilləri də həmin məlumatlarla birləşdirilmir. Siz aşağıda verilmiş linkə daxil olaraq brauzer-plugin yükləyə və beləliklə də, Cookie fayllar tərəfindən yaranan və Sizin saytdan istifadənizə aid olan (Sizin İP ünvanınız da daxil olmaqla) məlumatların Google tərəfindən istifadəsinə mane ola bilərsiniz: http://tools.google.com/dlpage/gaoptout?hl=de.

  3. Şəxsi məlumatlar bizim tərəfimizdən yalnız o vaxt qaldırılır ki, Siz birbaşa, məs. Email vasitəsilə bizimlə əlaqə saxlayasınız. Bundan əlavə, şəxsi məlumatlar yalnız o vaxt yadda saxlanılır ki, Siz hansısa bir qeydiyyat, sorğu, müsabiqə, yaxud müqavilə çərçivəsində onları bizə bildirmiş olasınız.

    Bu çərçivədə yaranan bütün şəxsi məlumatlar şəxsi məlumatların qorunmasına dair qüvvədə olan qaydalara müvafiq olaraq, yalnız müqavilənin həyata keçirilməsi, müştərilərimizə məsləhət verilməsi nöqteyi-nəzərindən işgüzar maraqların qorunması məqsədilə qaldırılır, emal və istifadə olunur.

  4. Bizim əməkdaşlarımız şəxsi məlumatların məxfi saxlanması barədə öhdəlik götürmüşlər. Bu məlumatların üçüncü şəxsə ötürülməsi yalnız müqavilənin yerinə yetirilməsi üçün zəruri olduqda baş tutur. Bu üçüncü şəxs həmçinin istifadəçinin məlumatlarının qorunmasına diqqət edilməsi barədə öhdəlik götürür.

  5. Siz istənilən vaxt bu məlumatlardan istifadəyə və onların emal olunmasına olan razılığınızı gələcək üçün geri götürə bilərsiniz. Bunun üçün impressum hissəsində göstərilən email ünvanına bir məktub yazmaq, yaxud orada göstərilən poçt ünvanlarına yazılı bildiriş göndərmək kifayətdir.
    Siz istənilən vaxt bizim yadda saxladığımız şəxsi məlumatlar səhv və ya vaxtı keçmiş olduqda onların düzəlişləri barədə informasiyanı tələb edə bilərsiniz. Bunun üçün impressum hissəsində göstərilən email ünvanına bir məktub yazmaq, yaxud orada göstərilən poçt ünvanlarına yazılı bildiriş göndərmək kifayətdir.

  6. gira.de və gira.com ünvanlarının bizim serverimizdə yerləşən və orada yadda saxlanılan bütün məlumatları səlahiyyəti olmayanların girişindən təhlükəsizlik sistemləri vasitəsilə qorunur. Bizim əməkdaşlarımız və sistem xidmətçilərimiz müntəzəm olaraq qorunmanın effektivliyini yoxlayırlar.

  7. Biz platformamızın və müəssisəmizin bütün sahələrində məlumatların qorunması şərtlərinə riayət edilməsinin qeydinə qalırıq. Biz hər zaman, xüsusən də yeni yaranan qanuni tələblər və ya texniki inkişaf bu şərtlərin uyğunlaşdırılmasını tələb etdikdə, məlumatların qorunması şərtlərini dəyişmək, tamamlamaq, düzəlişlər etmək tamamilə, yaxud qismən pozmaq hüquqlarını özümüzdə saxlayırıq. Suallarınız olduğu təqdirdə, birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz. Bizə yazın:

Gira Giersiepen GmbH & Co. KG
Elektro-Installations-Systeme
Postfach 12 20
42461 Radevormwald:

Impressum

TOP