Gira yenilikləri

Bu səhifədə Gira çeşidinin təqdim olunan məhsul yeniliklərinin ən mühümləri əhatə olunur və bina texnologiyasının müxtəlif sahələrindəki aktual mövzular və inkişaf barədə qısa xülasə təklif edilir.

Gira 106 sistemi

Qapı ağzında kimin dayandığını görün: Kompakt konstruksiyanın minimalist dizaynı, möhkəm materiallları və ən son texnologiyalar qapılara rahatlıq, tkəhlükəsizli və eleqant görümüm bər.xş edi Modulyar sistem konfiqurasiya üzrə maksimal uyğunluq təmin edərək, qapının istənilən zaman dəyişdirilməyə imkan yaradır.

Gira 3000 sistemi İdarə olunanlar

Jalüzləri idarəetmə məhsul olan Gira 3000 sistemi intuitiv idarəetmə və açarın sadə identifikasiya edə bilir. İdarəetmənnin 3 pillə aşağı salınması seçimi asanlaşdırır. Hətta pərdənin idarə olunması üçün əl ilə idarəetmə mərkəzinin əldə edilməsi. Gündəlik qaldrma və endirmə işləri ilə bağlı dispetçer mərkəzi üçün əlavə düymə vardır, Ekranlar yüksək kontrastlıq, işıqlandırma və datçiki xüsusilə yüngüldür. Fərdi zaman proqramı və astrofunksiya yüksək rahatlıq təmin edir.

Paslanmayan poladdan hazırlanmış və gizli montajlı Gira E2.

Konstruksiyanın parlaqlığı, diapazon çeviricisi Gira2 divarda işıqlanır. Yeni hissələr və paslanmayan poladdan olan qoşmalar klassik interyer dizayn materialının 55-ci sistemi proqramına əlavədir. Adi gizli montaj elementlərinə əlavə olaraq, Gira 2 həmçinin mənzil divarının 3 mm səthində diapazon keçiricisini quraşdırmaq imkanı təmin edir.

Gira X1

Evdə və ya çöldə olmanızdan asılı olmayaraq - kimin evdə olub-olmamasına baxmaq, işığı yandırıb/söndürmək, temperaturu tənzimləmək. Yeni Gira X1 bir ailəlik evin vizualaşdırılmasını və avtomatlaşdırılmasını mümkün edir. Onun kompakt forması, eləcə də montaj şinləri tez və az yer tutmaqla quraşdırmanı mümkün edir. Drag & Drop vasitəsilə sadə və tez layihələndirmə sürətli istifadəni dəstəkləyir. Gİra layihə assistentinə daxil edilmiş məntiq simulyatoru fərdi olaraq düzəldilmiş avtomatik həllərin yoxlanması zamanı dəstək olur. Bu, layihənin qənaətlə həyata keçirilməsi üçün bir əsasdır.

Gira E3

Gira E3 elektrik açarı proqramı ahəngdarlıq və rahatlıq saçan yeni forması və özünəməxsus rəng dünyası ilə gəlir. NCS-rəng sisteminin köməyilə (www.ncscolour.com) isti boz və qəhvəyi tonların eksklüziv kolleksiyası yaradılmışdır. Yumşaq konturlar, eləcə də örtük çərçivələrin incə tpxunuşlu səthləri müasir bina texnologiyasına həm də dövrlə ayaqlaşan gözəl görüntü verir. Müxtəlif örtük çərçivələrə malik antrasit və ya dümağ rəngdə daşıyıcı çərçivə və başlıqların kombinasiyasından çox sayda fərdi dizayn variantları yaranır.

Gira Control 19 Client 2

Gira Control 19 Client 2, yəni Gira HomeServer və ya Facility Server vasitəsilə KNX quraşdırmasının idarə edilməsi üçünsensor ekranlı kompyuter, tamamilə yenidən işlənmiş bir texniki vasitəyə malikdir: Kompyuter sahəsində texniki inkişaf sayəsində ekrandan tutmuş ana plataya kimi, hətta şəbəkə elementləri belə etibarlı və enerjiyə qənaət edərək işləyir. Maksimal enerji ehtiyacı 39 W-dan 24 W-dək, gözləmə rejimində isə 5 W-dan sadəcə 1,1 W-dək azaldılıb. Bu isə həm də daha az qızma və beləliklə də daha uzun istismar dövrü deməkdir.

Gira KNX RF

Gira KNX RF ilə binalarda mövcud KNX sisteminə malik mühəndis texnologiyaları üçün idarəetmə rahatlığını istənilən an artırmaq mümkündür. „KNX RF“ "KNX radiotezliyi", yəni radiosiqnala malik KNX deməkdir. Böyük məsrəflər və ən əsası da səs-küy və zibil olmadan binanın istənilən yerində işıq, jalüz, səhnə və s. radio vasitəsilə idarə olunması üçün yeni imkanlar quraşdırıla bilər.

Gira KNX IP-ruteri

Gira KNX İP-ruteri KNX xəttlərini verilənlər şəbəkələri vasitəsilə bir-birilə birləşdirir. Bunun üçün o, KNXnet/IPStandard-dan və aktual proqram təminatı olan 4-cü versiyada etibarlı kommunikasiya standartı olan KNXnet/IPSecure-dən istifadə edir. IP şəbəkəsi vasitəsilə KNX teleqramları istifadəçilər arasında şifrəli formada da ötürülür. KNXnet/IP Secure KNX cihazlardan göndərilən teleqramları IP şəbəkələrdə autentifikasiya etməyə və şifrələməyə imkan verir. Bununla da KNX-də ötürülən teleqramın IP üzərindən oxunması və ya manipulyasiya edilməsi istisna olunur. KNXnet/IP Secure-mexanizmləri bütün KNXnet/IP məlumat mübadiləsini qoruyan əlavə bir müdafiə qatı rolunu oynayır: məsələn, bir binanın ümumi istifadə olunan texniki dayağında.

Çatdırılma müddəti: ETS 5.5 (Secure)-in mövcudluğuna görə

Gira KNX servosistem 3

Elektromotorlu Gira KNX servosistem 3 otaqlarda istilik sistemlərinin temperaturunu tənziləməyə xidmət edir. O, batareyalarda, radiatorlarda və konvektor tipli qızdırıcılarda, paylayıcı daraqlarda, məsələn döşəmənin qızdırılması, eləcə də digər sistemlərdə istifadə üçün yararlıdır. Servosistem birbaşa ventillə birləşdirilir (M30 x 1,5). Gira KNX servosistem 3-ün fərqləndirici xüsusiyyətləri saatdan asılı olaraq ventilin yuyulması, daxili otaq temperaturu sensoru və digər rahat proqram təminatı funksiyalarıdır.

 

Gira eNet

Gira eNet ev texnikasının şəbəkə vasitəsilə əlaqələndirilməsi və idarə edilməsi üçün ikiistiqamətli yeni radiosistemdir. İşıq və jalüzlər sadəcə olaraq birləşdirilə və Gira eNet Serverinin köməyi ilə hətta mobil şəkildə müxtəlif idarəetmə cihazları vasitəsilə idarə oluna bilər. eNet sisteminin quraşdırılması və istifadəsi intuitiv şəkildə anlaşılır. Standart tətbiqetmələr klaviş üsulu ilə cihazlarda quraşdırıla bilər. Daha mürəkkəb tətbiqetmələr isə tez, sadə və rahat formada kompyuterin, yaxud Gira eNet assistentinin köməyilə proqramlaşdırılır. Hər iki üsulun paralel şəkildə istifadə olunması mümkündür və tam olaraq qarşılıqlı uyğunlaşırlar.

Ətraflı

Gira məntiq modulu L1

İşıqları vaxt ardıcıllığı ilə yandırmaq, müəyyən işıq səhnələrini bir toxunuşla çağırmaq, otağın temperaturunu tənzimləmək, yaxud digər məntiqi funksiyalar yaratmaq: Gira məntiq modulu L1 ilə bir ailəlik evlər və obyektlər KNX sistemi vasitəilə böyük məsrəf olmadan bir sıra avtomatlaşdırılmış komfort funksiyalarla təchiz olunur.

Gira KNX 6 və 8 kanallı binar giriş

REG-korpuslarındakı Gira KNX binar girişlərinə müxtəlif növlü kontaktlar qoşula bilər: məs. elektrik açarı,
klaviş, maqnit kontaktı və ya sayğacların impuls çıxışları. Onların kommutasiya prosesləri KNX teleqramlara çevrilir. Girişlər bir-birindən asılı olmadan müxtəlif funksiyalara bağlı ola bilər. Hər bir kanal üçün LEDs statusu müvafiq kommutasiya elementlərinin vəziyyəti barədə məlumat verir.

Gira KNX söndürmə mexanizmləri

Gira KNX REG söndürmə mexanizmi ilə işıqlar - fərdi işıq parlaqlığı və aşağı enerji sərfiyyatı üçün KNX tərəfindən avtomatlaşdırılmış şəkildə rahat formada tənzimlənə bilir. KNX REG söndürmə mexanizmləri I04 smeta göstəriciləri ilə universal tətbiq edilə bilir, çünki azaldıla bilən yüksək voltlu LED işıqları ilə yanaşı aşağı voltlu LED-lər də (elektron ballastlar ilə) dəstəklənir. Bütün LED-yükləri üçün avtomatlaşdırılmış yük ölçülmə opsiyası istifadəni asanlaşdırır.

Gira LED kompensasiya modulu

Gira LED kompensasiya modulu universal Gira və ya Gira Tronic Dimmerləri ilə HV-LED lampalı reostatları ilə işləməyə imkan verir. Bu qaranlığın təmin olunmasını yaxşılaşdırır və HV-LED lampalarının reostatının qısa qapanması və işıqlanmadan sonra yanmasının qarşısını alır.

Gira layihə assistenti

Gira layihə assistenti aydın şəkildə düzəldilib, Drag & Drop vasitəsilə intuitiv idarəetməyə imkan verir və istifadəçini dörd addımda uğurlu parametrləşməyə çatdırır - istər online, istərsə də offline rejimdə.

ZigBee® Light Link

Məsələn Philips Hue və ya Osram Lightify kimi ZigBee® Light Linkə əsaslanan smart işıqlanma sistemləri son istifadəçilər arasında xüsusilə bəyənilir. ZigBee® Light Link üçün Gira idarəetmə elementləri funksiya və dizayn baxımından birbaşa Gira elektrik açarı sisteminə daxil olur.

Gira konfiquratoru qapı kommunikasiyası

Gira qapı kommunikasiyası sistemi müxtəlif növdə və ölçüdə qurğularla uyğunlaşır: bir ailəlik və çoxailəlik evlərdən bütöv yaşayış binalarına kimi. Sadə audio-qurğusundan video-qurğuya, həmçinin KNX sisteminə və ya kompyuter şəbəkəsinə qoşulmayadək. Gira qapı kommunikasiyası konfiquratoru istər ev sahibləri, istərsə də ustalar və digər peşəkarlar üçün bu cür qurğuların fərdi şəkildə tərtib olunmasını zövqlü bir işə çevirən asan idarəetməli online alətdir.

Artırılmış reallıq (AR) ilə Gira dizayn tərtibatçısı

Tam dizayn sistemi bir baxışda: Gira dizayn tərtibatçısı ilə Gira elektrik açarı proqramının çox çeşidli çərçivə variantları tamamən fərdi istəyə əsasən fərqli rənglərdə və materiallarda olmaqla seçilmiş funksiyalarla kombinə edilə bilər - indi isə heyranedici "artırılmış reallıq" rejimi kimi daha bir əlavə xüsusiyyət mövcuddur ki, bu da smartfon, yaxud tabletlərin kameralarında seçilmiş Gira elektrik açarı proqramının real mühitdə necə olmasını əks etdirir.

Ətraflı

Gira differensial müdafiə

Qəza cərəyanı insan və heyvanların ölümünə səbəb ola biləcək ciddi və görünməz təhlükələr yarada bilər. O, nöqsanlı kabellər, nöqsanlı elektrik cihazları və ya rütubət nəticəsində yarana bilər. Yeni tikililərdə daxili cərəyan qoruyucusu quraşdırılır. Köhnə binalarda isə çox vaxt bu cərəyan qoruyucusu olmur. Gira Fl-müdafiə məqsədli elektrik yuvası və Gira Fl-müdafiə məqsədli elektrik açarı bu çatışmazlığı aradan qaldırmaq üçün sadə və etibarlı imkan yaradır. Gira System 55-də onlar Gira elektrik açarı proqramını istənilən qapaq çərçivələri ilə kombinə oluna bilərlər.

Gira DALI-idarəetmə qurğuları

Xüsusilə də mağaza, büro, restoran və ya otel kimi obyektlərdə DALI (Digital Addressable Lighting Interface - ünvanlana bilən rəqəmsal işıqlandırma interfeysi) işığın idarə olunması üçün geniş yayılmış bir standartdır. Burada işıqlılığın idarə edilməsi ilə yanaşı rəng temperaturunun idarə olunması da xüsusi əhəmiyyət kəsb edir. DALI interfeysi vasitəsilə işıqları rahat və intuitiv şəkildə söndürmək və idarə edə bilmək üçün Gira müxtəlif növdə olan müvafiq DALI-potensiometrləri təklif edir. Yuvalara montaj edilməklə, həmçinin uyğun qapaq və çərçivələrlə Gira DALI-idarəetmə qurğuları birbaşa Gira dizayn sisteminə daxil olur.

Gira Varlıq və Hərəkət detektoru 360° Kompakt

Gira Varlıq və Hərəkət detektoru 360° Kompakt işıqlandırmanı avtomatlaşdırmaq üçün bir çox funksiyalar təklif edir. Hərəkətlərin düzgün təsbit olunması prioritet təşkil edir, lakin varlıq və hərəkət detektoru sırf zəif işıqlandırıcı kimi də istifadə oluna bilər. Dinamik gözləmə vaxtı və ya varlıq simulyatoru kimi funksiyalar İR-uzaqdan idarəetmə qurğusu vasitəsilə tənzimlənir. Korpusun tərtibatı sadə və universal montajına imkan verir.

Revox Voxnet çoxsaylı istifadəçi sistemi Gira idarəetmə elementləri

Revox Voxnet çoxsaylı istifadəçi sistemi evdə unikal, istifadəçiyə yönəlik idarəetmə konsepsiyası olan ən yaxşı audio keyfiyyət təklif edir: Voxnet divarüstü idarəetmə elementi 218 üzərində bir düyməyə basmaqla istifadəçi müsiqini bir otaqdan digər otağa özü ilə apara bilər. Divarüstü idarəeətmə elementlərii Gira System 55 dizaynına əlavə olunur və arzuya uyğun fərdi seçim əsasında dizayn edilə bilər.

Gira tətbiqetmə mərkəzi

Artıq uzun illərdir ki, Gira tətbiqetmə mərkəzi Gira Home Serverlə əlaqədar bütün maraqlı həllər üçün vahid platforma və bazar kimi tanınıb. Hazırda orada 200-dən artıq tətbiqetmə mövcuddur: onların arasında həm plug-inlər, həm funksional nümunələr,
məntiqi modullar və nümunə layihələr də var. Bu vaxtadək ilk növbədə
sistem inteqratorları üçün giriş nəzərdə tutulmuşdu. İndi isə Gira tətbiqetmə mərkəzi Gira HomeServer üçün daha geniş istifadəçi bazası və yeni tətbiq sahələri mənimsəmək məqsədilə bütün ixtisaslaşmış elektrik malları mağazalarına açıqdır: Beləliklə, bu sahədə yeganə olan Gira tətbiqetmə mərkəzi gələcəkdə də intellektual mühəndis texnologiyalarının tətbiqi üçün səlahiyyət, xidmət və satış platforması rolunu oynayacaqdır.

Ətraflı

Gira izahat qeydləri xidməti

Üzəri aydın və təmiz yazılmış düymələr, linglər, qapı zənginin yanındakı ad cədvəli, Revox idarəetmə elementləri və ya LED orientasiya işıqları Gira System 55 məhsulları ilə fərdi elektrik quraşdırmalarını daha da mükəmməl edir. İnternetdəki Gira izahat qeydləri xidməti vasitəsilə müştərilər həm yazılı lövhələr, həm də metaldan hazırlanmış və istəyə uyğun yazılmış laklı linglər sifariş edə bilərlər - sonuncular xüsusi, yüksək keyfiyyətli lazer vasitəsilə yazılır.

Ətraflı

Gira 106 sistemi

Gira 106 sistemi purist dizaynda metaldan hazırlanmış ön panelə malik modulyar qapı kommunikasiyası sistemidir. Onun ölçüləri 106,5 × 106,5 mm bərabərdir. Gira 106 sistemindəki yeni qapı stansiyası ilə qonaqpərvərlik artıq binanın qapısından başlanır: Çağırış düyməsi modulu, danışıq modulu və kamera modulundan məlumat moduluna kimi bütün funksiyalar tam və aydın tərtib olunmuşdur.

Məhsullar

TOP